...

Ağstafada itkin düşən 3 yaşlı uşaq tapılıb

Cəmiyyət Materials 7 Oktyabr 2023 10:15 (UTC +04:00)
Ağstafada itkin düşən 3 yaşlı uşaq tapılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 6-sı axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb.

Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti