...

Bakı sakini başqasının maşını ilə qəza törətdi - Ölən var

Cəmiyyət Materials 13 Oktyabr 2023 15:31 (UTC +04:00)
Bakı sakini başqasının maşını ilə qəza törətdi - Ölən var
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd edilib ki, bu gün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib.

Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti