...

Briqham Yanq Universitetinin nümayəndə heyəti İlahiyyat İnstitutunda (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2023 17:17 (UTC +04:00)
Briqham Yanq Universitetinin nümayəndə heyəti İlahiyyat İnstitutunda (FOTO)

Bakı. Trend:

ABŞ-nin Yuta ştatında yerləşən Briqham Yanq Universiteti Humanitar fakültəsinin dekanı, prof. Skot Miller, dekan müavini dr. Grant Lundberg, Briqham Yanq Universiteti Dil Araşdırmaları Mərkəzinin direktoru dr. Ray Klifford və İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin nümayəndəsi Paul Pikard Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Rektor Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq, Azərbaycan dövlətinin də ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib.

Rektor Aİİ haqqında geniş məlumat verib. Ali təhsil müəssisəsində mövcud ixtisaslar, təhsil səviyyələri barədə bəhs edərkən bildirib ki, tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş bilgilər verilir.

Qonaqlar ABŞ-nin Yuta ştatında yerləşən Briqham Yanq Universiteti haqqında məlumat verib, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd ediblər. Qonaqlar Yuta ştatında yaşayan etnik və dini qruplar barədə də söhbət açıb, burada mövcud ibadət yerlərinin tarixindən bəhs ediblər.

Daha sonra qonaqlarla ali təhsil müəssisəsinin kollektivi arasında görüş baş tutub. Görüşdə Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova ölkəmizdə mövcud ali dini təhsilin tarixi, İnstitutun fəaliyyəti haqqında məlumat verib.

Briqham Yanq Universiteti Humanitar fakültəsinin dekanı, prof. Skot Miller təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Humanitar kollecin fəaliyyəti barədə danışan dekan bir çox dünya dillərinin burada tədris edildiyini diqqətə çatdırıb.

Görüş zamanı qonaqlar kollektivi maraqlandıran mövzular ətrafında sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti