...

Kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq - Dövlət Xidməti

Cəmiyyət Materials 24 Oktyabr 2023 13:43 (UTC +04:00)
Kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq  - Dövlət Xidməti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 26-27-də Bakıda təşkil ediləcək kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq.

Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

"Yarışda iştirak üçün qeydə alınmış 41 komandadan 20-si finala qalıb. Yarışın ilk 2 mərhələsi ötə ay onlayn keçirilib. Bu yarış Dövlət Xidmətinin ölkədə informasiya təhlükəsizliyinin cari vəziyyətinin daha da gücləndirilməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Əminəm ki, tədbirin davam edəcəyi günlər ərzində aparılacaq səmərəli müzakirələr, fikir mübadilələri və təlimlər IT sektorunda informasiya təhlükəsizliyinin cari vəziyyətinin daha da gücləndirilməsinə əhəmiyyətli töhfə olacaq", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti