...

Fransanın Ermənistanı dəstəkləmə SƏBƏBİ... - İkili standartın pərdəarxası (VİDEOMÜSAHİBƏ)

Cəmiyyət Materials 25 Oktyabr 2023 19:45 (UTC +04:00)
Fransanın Ermənistanı dəstəkləmə SƏBƏBİ... - İkili standartın pərdəarxası (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məlumdur ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfər etdi və səfər çərçivəsində Fransa Ermənistanla hərbi əməkdaşlıq haqqında sənəd imzaladı. İndiki həssas dönəmdə Fransanın Ermənistana hərbi dəstək göstərməsinin arxasında hansı məqsədlərin dayandığı hər kəsə məlumdur. Fransa heç vaxt sülh tərəfdarı olmayıb və bu gün öz pozuculuq siyasətini davam etdirməkdədir. Fransa Ermənistana hərbi dəstək göstərməklə regionda sülh prosesinə zərbə vurur və yeni gərginlik yaratmaq məqsədi daşıyır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Fransa daim, ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə də Ermənistanı dəstəkləyib.

“Fransada erməni lobbisi böyük maliyyə imkanlarına malikdirlər və Fransada prezident seçkilərində onların vəsaitindən istifadə edirlər. Bir növ onlardan asılı vəzityyətdə olurlar. Ona görə də Fransa prezidentləri erməniləri dəstəkləyir”, - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdinm edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti