...

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2023 19:38 (UTC +04:00)
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar mədəni proqram təqdim olunub.

Bu barədə Trend-ə DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti