Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Ucar rayon Küçəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabrın 11-də Naftalanda yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın Bakı şəhərində olduğu müəyyən edilib.
F. Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini deyib.