...

Zabux kəndinə daha 103 nəfər yola salınıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Noyabr 2023 07:32 (UTC +04:00)
Zabux kəndinə daha 103 nəfər yola salınıb (FOTO/VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (103 nəfər) yola salınıb.

Trend xəbər verir ki, noyabrın 18-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Beləliklə bugünkü (18.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 71 ailə (291 nəfər) köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti