...

Ağcabədidə polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb

Cəmiyyət Materials 25 Noyabr 2023 09:00 (UTC +04:00)
Ağcabədidə polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb

Bakı. Trend:

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaṣlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat və həmin silaha məxsus 5 patron, 1 tapança və 1 tüfəng tapılaraq götürülüb.

Eyni zamanda davam etdirilən profilaktiki tədbirlərlə vətəndaşlarda olan daha 4 tüfəng də polisə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti