BAkı. Trend:
Xəbər verdiyimiz kimi, Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib.
Trend xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə olduğu məlum olub. O da məlum oliub ki, Əli Allahverdizadə peşəkar idmançıdır.
WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və bir sıra medallarla təltif olunub.
Qeyd edək ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib. 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib.