Bakı. Trend:
Bakının Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar aşkar etdikləri və özlərində olan odlu silah-sursatları könüllü şəkildə polis orqanlarına təhvil verməkdə davam edirlər.
Ötən bir neçə gün ərzində Binəqədi Rayon Polis İdarəsi, eləcə də, ərazi polis şöbə və bölmələrinə müraciət edən ayrı-ayrı vətəndaşlar onlarda olan ümumilikdə 3 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd kustar üsulla hazırlanan tapançanı, 1 ədəd “RPK-74” markalı avtomatı, eləcə də 21 ədəd müxtəlif çaplı patron və 5 ədəd sandıqçanı könüllü olaraq polisə təhvil veriblər.