...

Qafqazın ən böyük elektrik stansiyası 2025-ci ildə istifadəyə veriləcək - Baba Rzayev

Cəmiyyət Materials 12 Dekabr 2023 14:28 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevirdə "Azərbaycan" istilik elektrik stansiyasının (İES) ərazisində inşa olunan Qafqazın ən böyük eyni tipli stansiyası 2025-ci ilin I yarısında istifadəyə veriləcək.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Baba Rzayev deyib.

O qeyd edib ki, yeni stansiyanın tikintisi qrafikə uyğun aparılır.

"İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin işə salınması üzərində işlər gedir. Cəbrayılda 240 meqavatt gücündə günəş elektrik stansiyasının işə salınması üçün işlərə başlanacaq", - o qeyd edib.

Qeyd edək ki, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1 880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 % artırılaraq 56 %-ə çatdırılacaq. Daha dəqiqi 1 280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcəkdir. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kub metr qaza qənaət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti