Bakı. Trend:
31 il bundan əvvəl ağlaya-ağlaya Laçından köçmüşdük, indi gülə-gülə qayıdırıq.
Bunu Trend-ə Laçına geri dönən Hümbət Vəliyev deyib.
O bildirib ki, biz Prezidentimizə, ordumuza inanırdıq ki, geri dönəcəyik.
“Torpaqlarımızı Prezidentimiz, ordumuz geri qaytardı, Allah Prezidentimiz İlham Əliyevin canın sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onların sayəsində geri dönürük”, - deyə o əlavə edib.