...

Rayonlara qar yağıb: yollarda vəziyyət necədir?

Cəmiyyət Materials 18 Dekabr 2023 10:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qarlı hava şəraiti ilə bağlı avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Trend-ə bildirib ki, ölkə ərazisindəki yollarda vəziyyət normaldır.

"Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinə qar çoxdan yağıb. AAYDA-nın orda bazası var. Texnikalarımız yolu təmizləyir və təminatın çatdırılmasında heç bir problem yoxdur. Amma oranın relyefinə görə hər maşın qalxa bilməz.

“Zəfər” yoluna isə qar yağmayıb. Yalnız Şuşaya qar yağıb. Orda da nəqliyyatın hərəkəti normaldır. Heç bir problem yoxdur.

Qar yalnız yüksək ərazilərdəki yollarda özünü biruzə verib. Lakin bütün yollar nəzarətdədir. Ciddi problem hələ ki, yoxdur", - deyə o, qeyd edib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib.

Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti