...

Qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir - SN

Cəmiyyət Materials 22 Dekabr 2023 13:21 (UTC +04:00)
Qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir - SN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uşaqlarının sağlamlığını istəyirlərsə və onlar qızlcaya qarşı vaksin almayıblarsa, onları peyvənd etdirsinlər.

“Səhiyyə Nazirliyi bununla bağlı xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti