...

Səhiyyə Nazirliyinin rəhbərliyi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2024 13:43 (UTC +04:00)
Səhiyyə Nazirliyinin rəhbərliyi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib.

Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar. 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.

20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti