...

Qızılca xəstəsi ilə təmasda olan şəxs karantinə alınır?

Cəmiyyət Materials 30 Yanvar 2024 14:59 (UTC +04:00)
Qızılca xəstəsi ilə təmasda olan şəxs karantinə alınır?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər.

"Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır.

Qeyd edək ki, xəstəlik vərəqi ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti