Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr – 15
kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2
kiloqramdan çox metamfetamin, həmçinin, 1010 dəd metadon həbi
olub.
Qeyd edilib ki, bu istiqamətdə mübarizə tədbirləri davam
etdirilir.