...

Məktəb direktoru gündəm olan zorakılıqdan danışdı

Cəmiyyət Materials 20 Fevral 2024 12:23 (UTC +04:00)
Məktəb direktoru gündəm olan zorakılıqdan danışdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hadisə məktəbdən kənar, dərsdən kənar zamanda baş verib.

Trend xəbər verir ki, bu barədə 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova deyib.

O qeyd edib ki, hadisəni törədən şəxs məktəbin 11-ci sinif şagirdidir.

"Digər iki şəxs isə qonşusudur və məktəbin şagirdi deyil. Hadisəni törədən şəxsdə heç bir psixoloji problem müşahidə etməmişik. 14 fevralda biz məlumatı əldə etdikdən sonra valideyni və şagirdi məktəbə dəvət etdik, psixoloq şagirdlə söhbət apardı. Hadisəni törədən şəxs bunu zarafatla etdiyini və peşman olduğunu bildirdi", - deyə o əlavə edib.

Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.

DİN-in yaydığı mlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıləb. İstintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti