...

Kamil Zeynallının Moskvada saxlanılması kadrları (VİDEO)

Cəmiyyət Materials 21 Fevral 2024 12:35 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tanınmış fitnes məşqçisi Kamil Zeynallının Moskvada saxlanılması kadrları yayılıb.

Trend-in məlumatına görə, kadrlarda K.Zeynallının bir qrup Rusiya polisi tərəfindən saxlanılaraq aparıldığı əks olunub.

Qeyd edək ki, 21 fevral tarixində Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Xəbər lenti

Xəbər lenti