...

Helikopterlərlə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıldı (VİDEO)

Cəmiyyət Materials 27 Fevral 2024 16:05 (UTC +04:00)
Helikopterlərlə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıldı (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 1000 kilometrə yaxın məsafədə 13 min ədəd aldadıcı yem səpilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti