Bakı. Trend:
Sabirabadda quşçuluq sexində yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabirabad rayonunun Qalağayın kəndində ümumi sahəsi 900 m² olan quşçuluq sexinin (dam örtüyü dəmirdən, tavanı şüşə-pambıq üzlükdən ibarətdir) tavanı 200 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.