...

Kəlbəcərdə məktəb tikintisindən görüntülər (VİDEO)

Cəmiyyət Materials 28 Fevral 2024 10:15 (UTC +04:00)
Kəlbəcərdə məktəb tikintisindən görüntülər (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərdə ən müasir standartlara uyğun məktəb binası tikilir

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyatı yenidən canlandırmağa imkan yaradıb.

Qeyd edilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrilib, burada bütün sahələrdə geniş quruculuq işləri aparılır.

İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Belə ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir.

Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Məktəbin həyətində tikilən idman meydançası sağlam nəslin yetişməsi üçün vacib amillərdən biri olacaq.

Ata-baba yurdlarına geri dönən kəlbəcərli şagirdlər ən yeni tələblərə cavab verən, hər cür inventarla təchiz olunmuş təhsil ocağında bilik və bacarıqlara yiyələnəcəklər.

Təhsil ocağının yaradılması Kəlbəcərin yenidən qurulmasına, burada elmin inkişafına və təhsilin yenidən dirçəldilməsinə mühüm töhfə verəcək, həmçinin yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti