...

Bakıda ev yandı

Cəmiyyət Materials 29 Fevral 2024 16:03 (UTC +04:00)
Bakıda ev yandı

Bakı Trend:

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında taxta konstruksiyalardan ibarət arakəsmə divar 8 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti