...

Azərbaycan qadınları beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər - İlham Bayramov

Cəmiyyət Materials 5 Mart 2024 10:22 (UTC +04:00)
Azərbaycan qadınları beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər - İlham Bayramov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının dövlət siysətində qadınların rolunun artırılması prioritet məsələlərdən biridir.

Trend xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan zəngin tarixində qadınlarımızın parlaq nümunələri var. Azərbaycan qadınları bu gün beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər. Hər zaman Azərbaycan xalqının qadınları öndə olub”, - deyə İ.Bayramov əlavə edib.

Qeyd edək ki, “Standartlaşdırmada gender bərabərliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanova, Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvi Sevil Mikayılova, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və digər şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti