...

Bakıda taksilərin sayı digər ölkələrdə olan saydan 4 dəfə çoxdur - Anar Rzayev

Cəmiyyət Materials 11 Mart 2024 10:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda fəaliyyət göstərən taksi avtomobillərinin 60 faizinin ili 15 ildən artıqdır.

Trend-in məlumatına görə, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, Bakıda taksilərin sayı digər ölkələrdə olan saydan 4 dəfə çoxdur.

“Taksilər gün ərzində 24-25 gediş edir. Bir taksi şəxsi avtomobillə müqayisədə 8-9 dəfə çox gediş edir. 14 mindən çox taksi sürücüsü AYNA-nın təlimlərinə cəlb edilib. Bu proses davam edəcək”, - deyə o, əlavə edib.

Qeyd edək ki, avtomobil nəqliyyatı ilə fevral ayında 127,5 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi isə 6,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti