...

Övladımın yaşında tərk etdiyim Füzuliyə övladımla birlikdə dönürəm - Füzuli sakini

Cəmiyyət Materials 18 Mart 2024 08:11 (UTC +04:00)
Övladımın yaşında tərk etdiyim Füzuliyə övladımla birlikdə dönürəm - Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Övladımın yaşında tərk etdiyim Füzuliyə, indi övladımla birlikdə qayıdıram.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Raquf Cənnətəliyev deyib.

Onun sözlərinə görə, təbii olaraq, indi Füzuliyə qayıdışın böyük sevincini yaşayır.

“Füzulidə böyüyüb-başa çatmışıq, orada yaşamışıq. Mən oranı tərk edən zaman kiçik uşaq idim, indi isə ailəmlə birlikdə Füzuliyə geri dönürəm. Azərbaycanın hər bir yeri bizim üçün vətəndir. Lakin doğma yurd istər-istəməz özünə çəkir.
Prezidentimizə təşəkkür edirik ki, bizim Füzuliyə qayıtmağımıza şərait yaradıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün 34 ailə, yəni 123 nəfər Füzuli sakini öz yurduna geri qayıdır. Beləliklə indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti