...

Bakıda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkarlandı (VİDEO)

Cəmiyyət Materials 18 Mart 2024 14:04 (UTC +04:00)
Bakıda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkarlandı (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri 1994-cü il təvəllüdlü İsgəndərov Bayram və 1980-ci il təvəllüdlü Əmirov Vəli saxlanılıblar.

Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Araşdırmalarla bu şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin, Xətai rayonunda bu ilin ilk rübündə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 120 cinayət faktı qeydə alınıb.

Saxlanılanlardan 23 kiloqram heroin, marixuana və digər növdən olan narkotiklər, eləcə də psixotrop maddə metamfetamin aşkar olunub.

Qeyd edilən dövr ərzində Xətai RPİ-nin əməkdaşları əməliyyat yolu ilə 3 “Kalaşnikov” avtomatı, 1 “Makarov” tapançası və 3 ədəd “F-1” əl qumbarası da aşkar ediblər.

Xəbər lenti

Xəbər lenti