...

Professor Sevinc Əliyeva Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqlı ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 19 Mart 2024 17:44 (UTC +04:00)
Professor Sevinc Əliyeva Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqlı ilə görüşüb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Almaniyada işgüzar səfəri çərçivəsində Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqlı ilə görüşüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan mədəniyyətinin təbliği və bu mədəniyyətin tərkib hissəsi olan Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi məsələsinin aktuallığı qeyd edilməklə Azərbaycan dilinin tədrisi və tətbiqi vəziyyəti məsələləri müzakirə edilmiş, həftəsonu məktəblərinin yaradılması və Azərbaycan dilinin tədrisinə başlanılmasının zəruriliyi vurğulanıb.

Professor S.Əliyeva tədbirdə iştirak edən diaspor nümayəndələrinin suallarını cavablandırıb, onlara Azərbaycan dilinə dair tədris vəsaitləri, Azərbaycan və dünya xalqlarının müxtəlif nağılları və hekayələrinin, Azərbaycan yazıçı və şairlərinin yaradıcılığından seçilmiş nümunələrin səsləndirildiyi müxtəlif diskləri təqdim edib.

Görüşdə həmçinin, yaxın vaxtlarda Azərbaycan şifahi ədəbi dilinin tələffüz qaydalarına uyğun bədii qiraət nümunələrinin hazırlanması istiqamətində Belçikada həmyerlimizin təsis etdiyi studiya ilə əməkdaşlığa dair razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti