...

Bakıda iki böyük avtomobil dayanacağında parkinq qiymətləri kəskin artır (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 27 Mart 2024 10:40 (UTC +04:00)
Bakıda iki böyük avtomobil dayanacağında parkinq qiymətləri kəskin artır (YENİLƏNİB) (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

Trend xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Saatlıq tariflər:

0-1 saat - 1 manat

1-3 saat - 2 manat

3-6 saat - 3 manat

6-12 saat - 5 manat

12-24 saat 10 manat

Aylıq tariflər:

12 saatlıq - 100 manat

24 saatlıq - 140 manat

Qonşular - 75 manat

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi.

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

xxx

09:39

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.

Trend xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat - 1 manat;

2-4 saat - 2 manat;

4-6 saat - 3 manat;

6-10 saat - 4 manat;

10-12 saat - 5 manat;

12-24 saat - 8 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);

Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);

Qonşular tarifi - 50 manat (20 manat).

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti