...

Damda ölən şəxsin meyitini düşürmək üçün FHN çağırıldı

Cəmiyyət Materials 9 Aprel 2024 14:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında bir nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölən şəxsin meyitinin düşürülməsinə kömək göstərilməsinə ehtiyac yaranıb.

FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti