...

Xaçmazda Akademik Zərifə Əliyeva ehtiramla anılıb (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2024 19:14 (UTC +04:00)
Xaçmazda Akademik Zərifə Əliyeva  ehtiramla anılıb (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın adını daşıyan məktəbdə görkəmli alimin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Zərifə Əliyeva adına muzeydə akademikin həyat və yaradıcılığına həsr olunmuş fotostendlərə baxış keçiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. Həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

Çıxış edən müəllimlər və tibb işçiləri Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar. Görkəmli oftalmoloq təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi xatirələrdə yaşadığı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti