...

Azərbaycanda 18 yaşadək insanlar ən çox bu ərazilərdə xəstələnir

Cəmiyyət Materials 17 Aprel 2024 11:51 (UTC +04:00)
Azərbaycanda 18 yaşadək insanlar ən çox bu ərazilərdə xəstələnir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:
18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıda qeyd olunur.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “ Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, Azərbaycanda 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 054 nəfərdir.

“Son 5 ildə aparılan təhlilinə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb. Həmçinin 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb.

14-17 yaş daha sağlam dövr hesab edilsə də, son zamanlar mütəxəssislər yeniyetməlik dövrünün gələcəkdə gənclərin sağlamlığı üçün son dərəcədə vacib olduğunu bildiriblər. Ona görə də bu dövrdə sağlamlıq məsələsinə xüsusi diqqət edilməsini tövsiyə edirlər. Məhz bu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcək bir çox xroniki xəstəlik və pis vərdişlər yaranır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti