...

Əhali ictimai iaşə obyektlərində nə qədər pul xərcləyib?

Cəmiyyət Materials 20 Aprel 2024 12:21 (UTC +04:00)
Əhali ictimai iaşə obyektlərində nə qədər pul xərcləyib?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə 6,7 faiz artaraq 452,1 milyon manat olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi şəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,4 faiz artaraq 227,9 milyon manat olub.

Ümumilikdə 2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə 5,8 faiz artaraq 2827,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2136,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti