Bakı. Trend:
45 yaşım olanda Füzulini tərk etdim. İndi 75 yaşım var, qayıdıram.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Məxmər Quliyeva deyib.
"Şükür bu günə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizə cansağlığı versin. Qarabağ Azərbaycandır”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 150 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.