...

Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutuldu (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2024 10:23 (UTC +04:00)
Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutuldu (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda narkotiklərin satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb.

Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb. O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb.

Araşdırmalarla A.Nəzərlinin həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti