...

Bu çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı

Cəmiyyət Materials 21 May 2024 20:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Trend agentliyə istinadən xəbər verir ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, emal müəssisəsində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların yararsız olduğu, dezinfeksiya işlərinin aparılmadığı, döşəmə və tavanın tamlığının pozulduğu, obliqat qrup işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyənləşib.

Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub, müvafiq məhdudlaşdırıcı qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti