Bakı. Trend:
Mayın 27-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə saniyədə 15-20 metrədək güclənəcəyi gözlənilir.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.