...

Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan qohumlar ələ keçib (FOTO)

Cəmiyyət Materials 5 İyun 2024 12:05 (UTC +04:00)
Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan qohumlar ələ keçib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xırdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti