...

Naxçıvanda 24 dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək

Cəmiyyət Materials 10 İyun 2024 17:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında 24 dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək.

Trend xəbər verir ki, “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 iyul və 11 iyulda hərracların keçirilməsi ilə bağlı prosedurlara başlanılıb.

İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə tutulub. 1999-2010-cu illərdə istehsal olunmuş müxtəlif marka və modelə sahib nəqliyyat vasitələrinin start satış qiymətləri 1000-4200 manat arasında dəyişir.

İyulun 11-də keçiriləcək hərracda isə muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti