...

Bayram günlərində təcili tibbi yardım xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 20 İyun 2024 15:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qurban Bayramı günlərində - 15-19 iyun tarixlərində təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 325 olub. Onlardan 1 092 nəfər hospitalizasiya edilib.

Trend xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd olunub ki, bayram günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.

"Çağırışların sayı ən çox 17.06.2024-cü il tarixində (çağırış sayı 2 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb. Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub", - məlumatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti