...

Rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 24 İyun 2024 12:18 (UTC +04:00)
Rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 24-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyunun 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub.

Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti