...

Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə dəvət olundu: izahatları alındı (YENİLƏNİB)

Cəmiyyət Materials 12 İyul 2024 15:17 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunub.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.

DİN rəsmisinin sözlərinə görə, onların izahatları alınıb.

Elbrus İbrahimov qeyd edib ki, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.

xxx

14:30

310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib:

"Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti