...

London-Kuala Lumpur təyyarəsi Bakıya təcili eniş edib

Cəmiyyət Materials 20 İyul 2024 08:22 (UTC +04:00)
London-Kuala Lumpur təyyarəsi Bakıya təcili eniş edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:42-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti