Bakı. Trend:
Avqustun 5-də saat 06:00-dan avqustun 7-si saat 09:00-a qədər Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsində (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Trend bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.