...

Dövlət sifarişi əsasında qəbul olunanların sayı ötənilkindən çoxdur - Məleykə Abaszadə

Cəmiyyət Materials 26 Avqust 2024 11:19 (UTC +04:00)
Dövlət sifarişi əsasında qəbul olunanların sayı ötənilkindən çoxdur - Məleykə Abaszadə
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bu il həmçinin, dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar mətbuat konfransında deyib.

Sədr bildirib ki, ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün l Dövlət İmtahan Mərkəzinin açıqladığı (DİM) Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair statistik məlumatlara görə (I mərhələdən sonra) 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti