...

Vərəm doğuşun heç bir mərhələsinə təsir etmir - SN

Cəmiyyət Materials 28 Avqust 2024 17:18 (UTC +04:00)
Vərəm doğuşun heç bir mərhələsinə təsir etmir - SN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vərəm doğuşun heç bir mərhələsinə təsir etmir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

Onun sözlərinə görə, doğuşdan sonrakı dövr əksər hallarda əlverişli kursa malikdir:

“Vərəmdən əziyyət çəkən analardan praktiki olaraq sağlam uşaqlar doğulur. Vərəmin hamiləlik, doğuş və doğuşdan sonrakı dövrə təsirinin spesifikliyi müəyyən edilməyib”.

Direktor bildirib ki, vərəm zamanı vaxtından əvvəl doğuş 6% hallarda müşahidə olunur və gecikmiş doğuş son dərəcə nadirdir.

İ.Axundova sonda qeyd edib ki, doğuş aktının fiziologiyası yüksək sabitliklə xarakterizə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti