...

Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub - ADY

Cəmiyyət Materials 29 Avqust 2024 13:46 (UTC +04:00)
Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub - ADY
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qızılburun-Gilgilçay istiqamətində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, qatarların hərəkəti qrafik üzrə təmin olunub.

Trend bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.

Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş vermiş, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilmiş və yanğın qısa müddət ərzində söndürülmüşdü.

Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti