...

Prezident İlham Əliyevlə görüşmək məndə böyük sevinc hissi yaratdı - Qarabağ Universitetinin tələbəsi

Cəmiyyət Materials 21 Sentyabr 2024 17:20 (UTC +04:00)
Prezident İlham Əliyevlə görüşmək məndə böyük sevinc hissi yaratdı - Qarabağ Universitetinin tələbəsi
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Dünən Prezident İlham Əliyevlə görüşdük. Universitetin ilk tələbələrindən biri kimi bu görüşdə olmaq məndə çox böyük sevinc hissi yaratdı.

Bu sözləri Trend-ə müsahibəsində Qarabağ Universitetinin tələbəsi Zenfira Nəsirova deyib.

“Prezident İlham Əliyevlə görüşdə Qarabağ Universiteti ilə bağlı öz fikirlərimizi söylədik. Qarabağ Universitetindən gözləntilərimiz yüksəkdir. Yataqxananın şəraiti çox yaxşıdır. Qarabağ Universitetində təhsil almaq hər bir tələbə üçün fəxarətdir.

Əminəm ki, Qarabağ Universiteti gələcək illərdə yüksək nüfuzlu ali məktəblərdən birinə çevirilmək potensialına malikdir və çevirilicəkdir” – deyə Qarabağ Universitetinin tələbəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti