...

Belarus şirkəti Azərbaycanla hərbi sahədə birgə layihələrin həyata keçirilməsinə ümid edir (ÖZƏL)

Cəmiyyət Materials 25 Sentyabr 2024 17:51 (UTC +04:00)
Belarus şirkəti Azərbaycanla hərbi sahədə birgə layihələrin həyata keçirilməsinə ümid edir (ÖZƏL)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Yeni hərbi layihələr çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq başlayarsa, biz çox məmnun olarıq.

Bu barədə Trend-ə "Belspetsvneştexnika" GVTUP-un baş direktoru İqor Velentey Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində məlumat verib.

"Bu gün sərgidə stendimizdə 40-dan çox yeni hərbi texnika nümunəsi təqdim olunub. Bunlardan bir çoxu bizim tərəfimizdən ilk dəfə təkcə Azərbaycanda nümayiş etdirilir. Ümid edirik ki, Azərbaycan bu yeni texnologiyaları xüsusilə pilotsuz uçuş aparatları ilə mübarizədə layiqincə qiymətləndirəcək. Həmçinin, biz ilk dəfə olaraq yeni - "sapfir" qumbaraatan kompleksini təqdim edəcəyik”, - o deyib.

O bildirib ki, bütün bu layihələr Azərbaycan Müdafiə Nazirliyi ilə şirkət nümayəndələri arasında keçirilən görüşlər zamanı müzakirə olunur. Şirkət, həmçinin, təqdimat və texniki təkliflər hazırlayıb. Hazırda bunlar araşdırılır və iki tərəf arasında çox aktiv müzakirə olunur.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Xəbər lenti

Xəbər lenti